“Sağlığında qiymət verin insanlara” – CABİR NOVRUZ – 91

“Sağlığında qiymət verin insanlara” – CABİR NOVRUZ – 91

Sən elə bir vaxtda rast gəldin mənə,
Özüm öz halıma gülmək istədim…
Sən elə bir vaxtda rast gəldin mənə,
Təzədən dünyaya gəlmək istədim…

“İNFONEWS” xəbər verir ki, Xalq şairi Cabir Novruzun anadan olmasından 91 il ötür.

Sözün əsl mənasında, xalqın şairi olan Cabir Novruzu dərin hörmət və ehtiramla anırıq. Şairin “Sağlığında qiymət verin insanlara” əfsanəyə dönmüş şeiri isə bundan sonra da uzun illər qəlblərin  ümid çırağı olacaqdır.

Bir arzum var, ay adamlar, qoyun deyim,

Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağlığında yaxşı deyin,

Sağlığında yaman deyin yamanlara…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir