Tbilisidə yerləşən Cümə məscidində yanğın olub

Gürcüstanın paytaxtı Tbilisidə, azərbaycanlıların yaşadığı məhəllədə yerləşən qədim Cümə məscidinin ərazisində yanğın baş verib.

“İNFONEWS” xəbər verir ki, hadisə yerindən çəkilmiş görüntü sosial şəbəkələrin Gürcüstan seqmentində yayılıb.

Hələlik yanğının hansı səbəbdən meydana gəldiyi məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir