“Berqa”dan uşaqlar üçün maraqlı, bol əyləncəli KONSERT

“Berqa”dan uşaqlar üçün maraqlı, bol əyləncəli KONSERT

Dadı və özünəməxsus ətri ilə seçilən “Berqa” bu dəfə balacalara xoş əhval-ruhiyyə bəxş edəcək.

“İNFONEWS” xəbər verir ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə saat 16:00-da “Berqa”nın təşkilatçılığı ilə “Park Bulvar”da uşaqlar üçün möhtəşəm konsert proqramı keçiriləcək. Musiqi və rəqsin müşayiəti ilə baş tutacaq konsertdə uşaqların bolluca əylənməsi üçün hər cür şərait yaradılacaq. Müxtəlif oyunlar oynanılacaq. Həmçinin balacalara hədiyyələr təqdim ediləcək.

Konsertdə iştirak edərək “Berqa” ilə uşaqlarınıza xoş anlar yaşadın!

Qeyd edək ki, “Berqa” ölkənin premium çay markası olaraq insanları hər zaman yeni məhsulları ilə sevindirməyə davam edir. Əsas məqsəd “Berqa” çayı ilə insanların əhvalını dəyişdirmək və onlara xoş əhval bəxş etməkdir.

Konsertlə bağlı əlavə məlumat əldə etmək üçün “Berqa” çayının instaqram səhifəsini izləyə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir