“Sən, həmin…O, Uolt Disneysən?!” -“Uolt Disneyin hekayəsi”
Diana Disney Miller atasını altı yaşına qədər, sadəcə “ata” hesab edirdi. Ta ki günlərin birində sinif yoldaşı ondan “Uolt Disney sənin atandır?”,- soruşana kimi.
Elə həmin gün Diana evə gedir və atasının işdən qayıtmasını səbrsizliklə gözləyir. Nəhayət, Uolt nahara evə gəlib, sevimli kreslosunda oturanda, Diana atasına həmişəkindən fərqli baxışlarla yaxınlaşıb, gözlərini geniş açaraq ondan soruşur: “Sən Uolt Disneysən?”.
Uolt qızının nə soruşduğunu anlamadan ona çaşqın nəzər salaraq, “Bəli, Uolt Disneyəm”, – söyləyir. Diana yenidən heyrətlə soruşur: “Sən, həmin… O, Uolt Disneysən?!”
Uolt ürəkdən gülümsəyərək, “Bəli, mən, həmin…O… Uolt Disneyəm”,– cavab verir.
Bu əhvalatı Diananın Pet Martin ilə həmmüəllif olduğu “Uolt Disneyin hekayəsi” kitabında yazaraq, qeyd edir ki, sonra atasına öz qızından nə vaxtsa eşidə biləcəyi heç ağlına gəlməyən sualını verir: “Avtoqrafınızı ala bilərəmmi?”.