ICESCO-nun gənc sülh səfirlərinə dair kitabında soydaşımız barədə yazdılar

ICESCO-nun gənc sülh səfirlərinə dair kitabında soydaşımız barədə yazdılar

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) “Gənc sülh yaradıcıları fəaliyyətdə: İCESCO-nun gənc sülh səfirləri ilə tanış olun!” başlıqlı kitabında azərbaycanlı gənc haqqında məqalə dərc olunub. 

“İNFONEWS” xəbər verir ki, kitabda Misirdə Ayn Şəms Universitetinin Tibb fakültəsinin tələbəsi azərbaycanlı soydaşımız Sandi Salemin təhsili və fəaliyyəti haqqında geniş məlumat verilib.

Qeyd edək ki, ICESCO-nun beynəlxalq forumunun 68 ölkədən 100 gənc sülh elçisinin qatıldığı heyət içərisində Misirdə yaşayan azərbaycanlı gənc diaspor fəalı xanım Sandi Salemin gördüyü işlər, parlaq fəaliyyəti xüsusilə seçilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir