ICESCO-nun gənc sülh səfiri Sandi Salem beynəlxalq forumda qalib oldu

ICESCO-nun gənc sülh səfiri Sandi Salem beynəlxalq forumda qalib oldu

Ümumdünya İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının —ICESCO, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “By Youth for Youth” (“Gənclər gənclər üçün”) Beynəlxalq Forumu 24-28 iyun tarixində Bakıda və Şuşada baş tutub.

“İNFONEWS” xəbər verir ki, forumda dövlət rəsmiləri, Azərbaycanın elmi ictimaiyyəti, tanınmış ictimai xadimlər, eləcə də İslam dünyasının 43 ölkəsini təmsil edən 90 nəfər gənc nümayəndəsi iştirak edib.

ICESCO-nun baş direktoru Dr. Səlim Əl- Malik Forumun bağlanış mərasimində ilk dəfə keçirilmiş bu forumun fəaliyyətini yüksək qiymətləndirərək, əldə edilən uğurlu nəticələrdən danışıb. Eləcə də gənclərə liderlik barədə tövsiyələr verib və onları dünya üçün davamlı və parlaq gələcəyin qurulmasında fəal iştirak etməyə çağırıb.


Öz ixtiraçı-layihəsini foruma təqdim edən ICESCO-nun gənc sülh səfiri Sandi Salem “İnnovation lab” müsabiqəsinin qalibi olub. Gənc xanım nitq və eşitmə qabiliyyətini itirmiş insanlara yardım etmək üçün hazırlanmış “Simon” cihazının ixtirasına görə Dr. Salim Əl-Malik tərəfindən mükafatlandırılıb.

“Simon” cihazı süni intellekt və digər müasir texnoloji metodların tətbiqi ilə ərsəyə gətirilərək, “ağıllı saat” formasındadır ki, bu da istifadəçilərin ünsiyyətinin yaxşılaşdırılmasına, sual-cavabların daha rahat üsulla baş tutmasına köməklik göstərir.

 

Qeyd edək ki, gənc soydaşımız Sandi Salem Əl-Nenay hazırda tibb fakültəsinin tələbəsi, novatorçu tədqiqatçı, 300-dən çox mükafatın sahibidir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir