“Sizsiz doğan bu Günəşin, hər şəfəqində siz varsınız…” – Mirlazım Dadaşov

“25 dekabr 2024-cü il… 40 gün öncə baş verən faciə—Azərbaycan Hava Yolları şirkətinə məxsus Bakı-Qroznı reysinin qəzaya uğraması—hələ də qəlbimizdə ağır bir kədər kimi qalmaqdadır. Həmin gün həyatını itirən hər bir insanın əziz xatirəsi bizimlədir”.
“İNFONEWS” xəbər verir ki, bunu gənc həvəskar nəğməkar şair Mirlazım Dadaşov söyləyib.
“Mən bu hadisəni dərin hüznlə qarşıladım, çünki özüm də təhsilimi xaricdə davam etdirdiyimə görə tez-tez təyyarə ilə səfər edirəm. Elmi və peşəkar fəaliyyətim məni daim yollarda olmağa vadar edir. Qəzadan sonra ilk dəfə təyyarəyə minəndə elə bu hadisəni xatırladım və düşündüm ki, onların yerində mən də ola bilərdim… Bu, insan həyatının necə kövrək olduğunu bir daha göstərir.
Bu mahnı, qəzada həyatını itirən insanlara bir ithafdır.
Onların xatirəsini yaşatmaq, hiss etdiyim dərin kədəri musiqi ilə ifadə etmək istədim. Mahnının sözləri və melodiyası mənə aiddir, amma aranjeman və ifa süni intellektin köməyi ilə hazırlanıb. Musiqi bəzən sözlərin ifadə edə bilmədiyi duyğuları çatdırmağa imkan verir. Bu dəfə süni intellektin verdiyi imkanlardan istifadə edərək, hisslərimi musiqiyə köçürdüm.
Mən bu hadisəni, o insanları, xüsusən qəhrəman pilot və ekipaj üzvlərini unutmayacağam. Gəlin, onların ruhuna dualar oxuyaq və hər zaman xatırlayaq ki, hər şey yaxşı olacaq”, – Mirlazım Dadaşov əlavə edib.
Sözügedən bəstəni təqdim edirik: