Sevda Ələkbərzadədən möhtəşəm konsert – “SƏN YADIMA DÜŞƏNDƏ”
Mayın 10-da Bakı Konqres Mərkəzində özünəməxsus səsi ilə bir çoxlarının sevgisini qazanan, caz, muğam, pop musiqi janrlarının mahir ifaçısı, Əməkdar artist Sevda Ələkbərzadənin konserti olacaq.
“İNFONEWS” xəbər verir ki, sevilən ifaçı onun üçün xüsusi əhəmiyyət daşıyan “Sən yadıma düşəndə” adlı gecədə pərəstişkarlarını öz musiqi dünyasına qərq etməklə, yaradıcılığının ecazkar melodiyalarını, ən sevilən hitlərini səsləndirəcək.
Qeyd edək ki, saat 20:00-dan 21:45-dək davam edəcək konsertə biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
