“QS World University Ranking by Subject 2025”-in ən reytinqli universitetləri
Britaniyanın “QS” reytinq agentliyinin 2025-ci il üçün tərtib etdiyi ixtisaslaşmış universitet reytinqi (QS World University Ranking by Subject 2025) dərc edilib.
“İNFONEWS” xəbər verir ki, bu reytinqdə dünyanın 148 ölkəsindən 5200-dən çox universitet iştirak edib. Onlardan 1747-si qiymətləndirilərək reytinq siyahısına daxil edilib.
Ən yaxşı ali təhsil müəssisələrinin illik siyahısını təqdim edən QS fənlər üzrə reytinqi, nüfuzlu reytinq agentliklərinin “böyük üçlüyü”nün (Times Higher Education və Şanxay reytinqi – ARWU) lideri olan Quacquarelli Symonds (QS) tərəfindən hər il tərtib olunur. Bu reytinq ali təhsil müəssisələrini müxtəlif fənlər və elmi sahələr üzrə dəyərləndirərək, onların güclü tərəfləri və ixtisaslaşması barədə daha ətraflı təsəvvür əldə etməyə imkan yaradır.
QS fənlər reytinqi çərçivəsində akademik nüfuz, işəgötürənlər arasındakı nüfuz, elmi nəşrlərin istinad olunma göstəricisi, xarici müəllim və tələbələrin faizi kimi müxtəlif meyarlar təhlil edilir. Bu amillər konkret sahələrdəki təhsil və tədqiqat keyfiyyətini qiymətləndirməyə kömək edir.
QS 2025 reytinqində dünyanın ən yaxşı ilk 10 universiteti bunlardır: Massaçusets Texnologiya İnstitutu (ABŞ), London İmperial Kolleci (Böyük Britaniya), Oksford Universiteti (Böyük Britaniya), Harvard Universiteti (ABŞ), Kembric Universiteti (Böyük Britaniya), Stenford Universiteti (ABŞ), ETH Zürich – İsveçrə Federal Texnologiya İnstitutu, Sinqapur Milli Universiteti, London Universitet Kolleci, Kaliforniya Texnologiya İnstitutu.
QS World University Rankings 2025 reytinqində Çin və Hindistan universitetləri daha yaxşı uğur əldə edərək, mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Həm reytinqdə mövqelərini yaxşılaşdıran təhsil müəssisələrinin sayı, həm də ən azı 10 pillə irəliləyən ali təhsil müəssisələrinin sayı baxımından bu iki ölkə ön plana çıxıb.
Böyük Britaniyanın ən yüksək nəticələri “Beynəlxalq tələbə əmsalı” göstəricisinə görə qeydə alınıb. Bu, dünyada on və daha çox reytinqli universitetləri olan ölkələr arasında ikinci ön bpyük orta baldır və yalnız Səudiyyə Ərəbistanından geri qalır. Bu isə Britaniya universitetlərinin qlobal cazibədarlığını və müxtəlif beynəlxalq tələbələri cəlb etmə qabiliyyətini nümayiş etdirir.
İşəgötürənlər və alimlərin fikrincə, ABŞ özünün nüfuzu sayəsində hələ də dünyanın ən yüksək ali təhsil sistemlərindən birinə sahib olması ilə öyünə bilər. QS reytinqində bu, açıq şəkildə görünür, çünki ilk onluqda yer alan dörd universitet – Massaçusets Texnologiya İnstitutu (MIT), Harvard Universiteti, Stenford Universiteti və Kaliforniya Universiteti (Berkeley) – “Akademik nüfuz” göstəricisi üzrə 100 bal toplayıb.
Kanada universitetləri “Davamlı inkişaf” kateqoriyasında üstün nəticələr göstərib. Dünyanın ən dayanıqlı ali təhsil müəssisəsi olan Toronto Universiteti də daxil olmaqla, iki Kanada universiteti ilk beşlikdə yer alıb.
Avstraliyanın üç ali təhsil ocağı dünyanın ən yaxşı 20 universiteti sırasına daxil olub. Melburn Universiteti və Sidney Universiteti bir pillə qalxaraq müvafiq olaraq 13-cü və 18-ci yerlərə yüksəlib. Avstraliya eyni zamanda Asiya-Sakit Okean regionunda “Beynəlxalq tədqiqatlar” kateqoriyasında liderdir və bu kateqoriyada ilk on mövqedən doqquzunu tutur.
Afrika qitəsinin reytinqində ilk dörd yeri Cənubi Afrika universitetləri tutur. Keyptaun Universiteti 171-ci yerdə qərarlaşaraq qitənin ən yüksək dərəcələndirilmiş ali təhsil müəssisəsi olub. Bu, ötən illə müqayisədə iki pillə yüksəliş deməkdir. Afrika qitəsi üzrə reytinqdə ilk beşliyi tamamlayan Qahirə Universiteti (Misir) isə dünya üzrə 350-ci yeri tutub.
Latın Amerikası üzrə 100 ölkədən dörd universitet reytinqə daxil olub: Argentinanın Buenos-Ayres Universiteti (UBA) (71-ci yer), Braziliyanın San-Paulu Universiteti (92-ci yer), Çilinin Papa Katolik Universiteti (UC) (93-cü yer), Meksikanın Milli Avtonom Universiteti (UNAM) (94-cü yer).