Azərbaycan Qış Paralimpiya Oyunlarında təmsil olunmayacaq

 

Azərbaycan 2026-cı ildə İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək Qış Paralimpiya Oyunlarında təmsil olunmayacaq.

“İNFONEWS” -un əldə etdiyi məlumatda Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev bildirir ki, qış idman növlərinin Azərbaycanda kifayət qədər populyar olmadığını, lakin həm Qış İdman Növləri Federasiyasının, həm də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu istiqamətdə böyük işlərin görülür.

“Paradağ xizəyi üzrə idmançımız Polad Rzayev Qış Paralimpiya Oyunlarına reytinq xalları qazanmışdı və beynəlxalq turnirlərdə olduqca yaxşı çıxış edirdi. Təəssüf ki, biz onu Oyunlara göndərə bilməyəcəyik. Çünki yarışlara çox gec qoşulmuşdu. Qazandığı xallar Paralimpiadada iştirak üçün yetərli olmadı. Amma əminəm ki, paralimpiyaçılarımız növbəti illərdə qış idman növlərində öz qüvvələrini sınayıb, yüksək nəticələr göstərəcəklər”, – deyə H.Abdullayev əlavə edib.

Qeyd edək ki, Qış Paralimpiya Oyunları martın 6-15-də təşkil olunacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir