“Komanda, sanki ilk dəqiqədə nokauta düşdü”- Qurban Qurbanov
“Rəqib komandanın gücünü belə də bilirdik. İlk hissədə düşündüyümüz heç nə alınmadı. Amma rəqibdə bütün hücumlar alındı. Komanda, sanki ilk dəqiqələrdə nokauta düşdü”.
“İNFONEWS” xəbər verir ki, bunu “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov “Nyukasl” klubu ilə qarşılaşmadan sonra verdiyi ilk açıqlamada deyib.
“Çox böyük dərs oldu. Bu vəziyyəti rəqiblərimizdən gözləyirdim. Bu, çox böyük bir təcrübə oldu. Avropa futbolu həddindən artıq inkişaf edir. Bu gün bunun şahidi olduq”, – deyə Qurbanov bildirib.