Ucarda iki yük maşını toqquşub, iki nəfər ölüb

Ucarda iki yük maşını toqquşub, iki nəfər ölüb

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

“İNFONEWS” xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Ələt-Qazax avtomobil yolunun rayonun Ramal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə Gəncə istiqamətində hərəkətdə olan iki yük avtomobili toqquşub.

Hadisə nəticəsində maşında olan iki nəfər aldığı ağır dərəcəli bədən xəsarətləri nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir