Şəhərətrafı qatarların hərəkəti cədvəlində müvəqqəti dəyişiklik ediləcək – ADY

Şəhərətrafı qatarların hərəkəti cədvəlində müvəqqəti dəyişiklik ediləcək – ADY

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 25 avqustdan Xırdalan-Biləcəri mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı-Xırdalan-Bakı və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutları üzrə hərəkət edən şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik edəcək.-

“İNFONEWS” xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, yenilənmiş hərəkət cədvəlinə əsasən, şəhərətrafı qatarların ümumi reys sayı 84-dən 90-a artırılacaq.

Qeyd olunub ki, avqustun 25-dən etibarən yeni hərəkət cədvəlləri www.ady.az saytında və “ADY Mobile” tətbiqində aktiv olacaq.

Təmir işləri bitdikdən sonra Xırdalan-Sumqayıt xətti üzrə də sərnişindaşıma bərpa ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir