Ekspres avtobuslarda yeni qaydalar

Ekspres avtobuslarda yeni qaydalar

Metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda yenilik tətbiq edilir.

“İNFONEWS” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, avtobuslara sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə nəqliyyat vasitələrinə ikinci oxuma cihazının (validatorların) quraşdırılmasına başlanılıb. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir