Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatları məlum oldu

Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatları məlum oldu

Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının adı məlum olub.

“İNFONEWS” xəbər verir ki, mükafat Karl Deisseroth, Peter Hegemann və Georg Nagela təqdim olunub.

Onlar işıqla idarə olunan ion kanalları və optogenetika ilə bağlı kəşflərinə görə sözügedən mükafata layiq görülüblər.

Məlumat üçün bilirək ki, Karl Deisseroth 1971-ci ildə ABŞ-də anadan olub. Stanford Universitetinin professorudur və optogenetikanın inkişafında rol oynayan nüfuzlu alimlərdəndir.

Peter Hegemann 1954-cü ildə Almaniyada anadan olub. Biofizik işığa həssas ion kanallarının, xüsusən kanalrodopsinin kəşfində yüksək xidmətlərə malik alimdir.

Georg Nagel isə 1953-cü ildə Almaniyada doğulub. İxtisasca biofizik olan alim Hegemann ilə birlikdə işıqla idarə olunan kanalrodopsinlərin tədqiqinə mühüm töhfə verib.

Qeyd edək ki, bu gündən Nobel həftəsi başlayıb. Belə ki, sabah fizika, oktyabrın 7-də kimya, 8-də ədəbiyyat, 9-da Nobel Sülh mükafatı laureatının adı elan ediləcək.

İqtisadiyyat üzrə Nobel mükafatı laureatının adı isə oktyabrın 12-də açıqlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir