“Faktlara dayanan TARİXİMİZ”- “Oızlar məktəbi”ndən başlayan məktəbli formasının tarixi

“Faktlara dayanan TARİXİMİZ”- “Oızlar məktəbi”ndən başlayan məktəbli formasının tarixi

“İNFONEWS”– un “Faktlara dayanan TARİXİMİZ” layihəsininin bu buraxılışı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin təqdimatındadır.

Azərbaycanda vahid məktəbli forması məsələsi öz həllini ilk “Qızlar məktəbi”nin açılması ilə tapmış idi. Məhz ilk dəfə Bakıda vahid məktəbli formasının olması, sonradan sovet təhsil sistemində onilliklər boyu tətbiq edilən vahid məktəbli formasının prototipinə çevrildi. Eyni zamanda Azərbaycan Cümhuriyyəti dövründə açılan digər məktəblərə də bir növ örnək oldu.
“Qızlar məktəbi”nin şagirdləri üçün xüsusi olaraq dizayn edilmiş tünd qəhvəyi güllü donlar, ağ yaxalıqlar və önlüklər həm sadəliyi, həm də zərifliyi təcəssüm etdirirdi.
Məktəbin açılması çox böyük mübarizələrdən keçmişdi və Bakıda başlanan bütün söz söhbətə İmperatriça Aleksandra Fyodorovnanın xeyir-duası yazılan xüsusi qızıl lövhə üzərinə həkk olunmuş teleqram son qoymuşdu.
“Qızlar məktəbi” riyaziyyat, coğrafiya, təbiət elmləri, rus və Avropa dillər tədris edirdi, lakin eyni zamanda şagirdlərə şəriət və islam tarixi də öyrədilirdi. Məktəbli formasında yerli və dini elementlərin daşına bilməsi cəmiyyətlə məktəb arasında etimad körpüsü yaratmış idi.
Nəticədə Şərqdə ilk dünyəvi məktəblərdən biri olan “Qızlar məktəbi” fəaliyyətə başladı. Lakin Bakıda əhalinin inanc sistemini başa düşən Hacı, Həsən bəy Zərdabi, Tağıyevin hüquqi işlərini görən Əlimərdan bəy Topçubaşov və digər maarifçilər dünyəvi prinsiplər ilə yanaşı yerli əhalinin də maraqlarını nəzərə almaq barədə ortaq qərara gəlmiş idilər:
“Millətin tərəqqisi qadının savadından asılıdır, mühüm olan qadının beyninin içi və təhsilidir, başındakı örtüyün forması yox”.
Buna görə də məktəb daxilində geyim Avropa dəyərləri ilə yanaşı milli çalarlar və dini elementlər də daşıya bilərdi.
Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin yaradılması sübut edirdi ki, təhsillə geyim bir-birinə mane olmur, əksinə, dünyəvi prinsiplər xalqın inanc sistemi ilə qarşı-qarşıya qoyulmadan, onları sintez edərək daha sağlam şəkildə tətbiq edilə bilər və cəmiyyətin daxili dinamikası, inanc və mental dəyərləri nəzərə alınaraq idarə oluna bilər.
Hesab edirəm ki, Tağıyev modeli indi daha çox istinad edilən olmalıdır. Məktəb elə bir etimad və təhlükəsizlik zonası olmalıdır ki, şagird orada öz fərdi inancını qoruyaraq modernizasiya prosesinə könüllü şəkildə inteqrasiya olunsun. Zorla və birdən birə sərt qərarlar olmalı deyil. Zaman və maarifçilik hər şeyi öz qaydasına salacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir