Yardımlıda pərakəndə ticarət dövriyyəsi müəssisələr üzrə 68 faiz artıb

Yardımlıda pərakəndə ticarət dövriyyəsi müəssisələr üzrə 68 faiz artıb

“İNFONEWS” xəbər verir.

Bu ilin birinci yarısında Yardımlı rayonunun pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 min 353 min manatlıq, o cümlədən 9612 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5741 min manatlıq qeyri-ərzaq malları satılıb.
Ötən illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 83,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 82,4 faiz, qeyri-ərzaq malları üzrə isə 84,4 faiz təşkil edib.
Bu barədə Yardımlı Rayon Statistika İdarəsindən  bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, bu ilin birinci rübündə istehlak məhsullarının dəyər ifadəsində 3,5 faizi ticarət müəssisələri, 96,5 faizi isə hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarlar tərəfindən satılıb.
Ötən illə müqayisədə pərakəndə ticarət dövriyyəsi müəssisələr üzrə 68 faiz artıb, hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarlar üzrə isə 18,3 faiz azalıb.
Bu dövrdə ticarət şəbəkəsində bir rayon sakini orta hesabla 223,8 manatlıq, o cümlədən 140,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 83,7 manatlıq qeyri-ərzaq malları alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir