Bir qrup tələbə-könüllü təltif olunub

Bir qrup tələbə-könüllü təltif olunub

”İNFONEWS” xəbər verir.

“Könüllülər ili” çərçivəsində aktiv fəaliyyət göstərmiş bir qrup tələbə-könüllünün təltifetmə mərasimi keçirilib.
Təhsil Nazirliyindən  bildirilib ki, mərasimdə iştirak edən nazir Emin Əmrullayev könüllülük fəaliyyətinin tələbələr üçün əhəmiyyətindən danışıb. Nazir bildirib ki, könüllülük fəaliyyətinin gənclərimizin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilməsi sevindirici haldır.
Təhsil naziri sonda “Bir” tələbə-könüllüləri təbrik edib.
Pandemiya dövründə könüllülərin aktiv fəaliyyətini diqqətə çatdıran təhsil nazirinin müavini Firudin Qurbanov öz növbəsində könüllülük fəaliyyəti əsasında qazanılan bilik və bacarıqların şəxsiyyət kimi formalaşmaqda mühüm rol oynadığını vurğulayıb.
Sonda könüllülərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Bir” tələbə-könüllü proqramı tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərir. Arzu edən tələbələr https://konullu.edu.az/ saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir