“Juniper” avadanlığının şəbəkə infrastrukturunda tətbiqinə dair elmi seminar

“Juniper” avadanlığının şəbəkə infrastrukturunda tətbiqinə dair elmi seminar

”İNFONEWS” xəbər verir.

İnformasiya Texnologiyaları İnstitutunda növbəti onlayn elmi seminarı “Juniper” avadanlığının şəbəkə infrastrukturunda tətbiqi məsələlərinə həsr olunub.
Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, seminarda elmi müəssisənin əməkdaşı Orxan Mənsimzadə “Juniper” əməliyyat sistemi haqqında məlumat verib. Qeyd edib ki, sistem marşrutlaşdırma, keçid və təhlükəsizlik platformalarını əhatə edir. Ən tələbkar müştərilərə xidmət göstərən əməliyyat sistemi 100 ən yaxşı servis provayderini seçib.
Məruzəçi müvafiq əməliyyat sisteminin arxitekturundan bəhs edərək, ayrı-ayrı idarəetmə və yönləndirmə səviyyələri, marşrutlaşdırma mühərrikləri barədə məlumat verib. Həmçinin “Juniper” avadanlığının “AzScienceNet” şəbəkəsinin infrastrukturunda tətbiqi məsələlərindən danışıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir