Daha iki yunan-Roma güləşçimiz dünya Olimpiya təsnifat turnirinin səkkizdəbir final mərhələsinə yüksəlib
”İNFONEWS” xəbər verir.
Daha iki yunan-Roma güləşçimiz Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya Olimpiya təsnifat turnirinin səkkizdəbir final mərhələsinə yüksəlib.
Yunan-Roma güləşi üzrə millimizin üzvlərindən Murad Məmmədov (60 kq) Stiq Andre Berqe (Norveç), Rəsul Çunayev (67 kq) isə moldovalı Donior İslamova qalib gəliblər. Növbəti mərhələdə M.Məmmədov Maksim Kajarski (Belarus), R.Çunayev isə Deyvid Dimitrov (Bolqarıstan) ilə qarşılaşacaq.
Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, güləşin bu növündə güləşçimiz İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya təsnifat turnirində lisenziya qazanıb.