“Hollivudda tanınan erməni əsilli bəstəkar Kris Hacıyanın Azərbaycanı təhqir etməsi və bunun sosial şəbəkələrdə ictimailəşdirilməsi nifrət nitqinin bariz nümunəsidir”.
“INFONEWS” xəbər verir ki, bu barədə Ombudsman Aparatının yaydığı məlumatda deyilir.
Bildirilib ki, Azərbaycan Ombudsmanı tərəfindən insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara göndərilən hesabatda bu qəbildən olan məlumatlar əks olunub.