Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb.
“INFONEWS” xəbər verir ki, bu barədə Bakı Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilə nəzərən 10 faiz azalıb.
Bu xidmətlərin dəyəri 1130,2 milyon manat olub.
Hüquqi şəxslər tərəfindən əhaliyə 840,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,4 faizini təşkil edib.