UFAZ-ın tələbələri Neft və Qaz İnstitutunda təcrübə keçir

UFAZ-ın tələbələri Neft və Qaz İnstitutunda təcrübə keçir

”İNFONEWS” xəbər verir.

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin Neft və Qaz İnstitutunda neft-qaz yataqlarının işlənməsi üzrə təcrübəsi davam edir.

İnstitutdan bildirilib ki, Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsində təcrübə keçən tələbələr şöbə müdiri Bünyad Kazımov tərəfindən öz buraxılış işlərinin yerinə yetirilməsinə cəlb olunub. Belə ki, Həsənağa Abbaszadə “Karbohidrogen yataqlarının işlənilməsinin layihələndirilməsinin əsas prinsipləri və onların həyata keçirilməsi imkanları”, Niyazi Qədiri isə “Karbohidrogen yataqlarının işlənilməsinin ayrı – ayrı mərhələlər üzrə səciyyəsi və səmərəliliyinin təmin edilməsi imkanları” mövzusunda buraxılış işlərini yerinə yetirirlər.

Tələbələr təcrübə müddətində şöbədə yerinə yetirilən elmi-tədqiqat işinin mövzusuna uyğun olaraq süxurların reologiyası nəzərə alınmaqla karbohidrogen yataqlarının işlənilməsinin layihələndirilməsi və ehtiyatların idarə edilməsi üzrə yeni proqnoz üsullarının yaradılması ilə bağlı məsələlərin qoyuluşu haqqında müfəssəl nəzəri-təcrübi biliklər əldə edirlər. Eyni zamanda, həmin məsələlərin həllinə tətbiq edilən metodiki yanaşmalar və alınmış müvafiq həll və alqoritmlərin kompüterdə realizasiyası üzrə əməli bacarıqlara yiyələnirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir