Kitabxanada “Sönməz günəşin hikmət dəryası” adlı onlayn görüş keçirilib
”İNFONEWS” xəbər verir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar “Sönməz günəşin hikmət dəryası” adlı onlayn görüş keçirib.
İdarədən bildirilib ki, tədbiri Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Yusif Nazim Ərəbsoy açaraq Prezident İlham Əliyevin Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı Sərəncamı haqqında məlumat verib.
Daha sonra Xətai rayon MKS-nin əməkdaşı Təranə Quliyevaya “Nizami Gəncəvinin kitabxanada təbliği” mövzusunda çıxış edib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, dosent Təhminə Bədəlova Nizami yaradıcılığından ətraflı bəhs edərək oxucuların suallarını cavablandırıb.