Şamaxıda çörək və un məmulatlarının istehsalı sexində nöqsanlar aşkar olunub
”İNFONEWS” xəbər verir.
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Şamaxı şəhərinin N.Nərimanov küçəsində fəaliyyət göstərən çörək və un məmulatlarının istehsalı sexində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə qeyri-qənaətbəxş sanitar-gigiyenik vəziyyət, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, həmçinin mütəmadi dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı aşkar edilib.
Aşkar olunmuş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.