Almaniyanın “Bayer Leverkuzen” komandasının baş məşqçisi müəyyənləşib

Almaniyanın “Bayer Leverkuzen” komandasının baş məşqçisi müəyyənləşib

”İNFONEWS” xəbər verir.

İsveçrənin “Young Boys” futbol klubunun baş məşqçisi Xerardo Seoane mövsümün sonunda Almaniyanın “Bayer Leverkuzen” komandasını çalışdıracaq.

X.Seoane Leverkuzen klubu ilə 2024-cü ilin iyunun 30-dək qüvvədə olan müqavilə imzalayıb.

“Bayer”i müvəqqəti çalışdıran Hannes Volfs mövsümün sonunda Almaniyanın 19 yaşadək futbolçulardan ibarət komandasını çalışdıracaq.

“Young Boys” X.Seoanenin rəhbərliyi ilə üç dəfə İsveçrə çempionatının qalibi olub.

“Bayer Leverkuzen” Almaniya çempionatında 37 turdan sonra altıncı sıradadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir