Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 53 namizəd uğur qazanıb
”İNFONEWS”xəbər verir.
Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin B növünə aid olan ümumilikdə 31 dövlət orqanında 438 vakant vəzifənin tutulması üçün mayın 3-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (281) tərəfindən təqdim olunub. Bu günə olan məlumata görə, müsahibədə iştirak edənlərdən 53 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsabiqənin müsahibə mərhələsində iştirak üçün 1557 nəfər müraciət edib.
Müsahibələr iyulun 1-dək davam edəcək.