Xəbər verdiyimiz kimi, Bakıda arvadını güllələyərək öldürən Sabunçu rayon məhkəməsinin hakim Fəqan Əhmədovla bağlı 4 aylıq həbs qətimkan tədbiri seçilib.
“İNFONEWS”un məlumatına görə, Binəqədi rayon məhkəməsində keçirilən prosesdə F.Əhmədov ittihama münasibət bildirib.
O, çıxışında özünü təqsirli bilmədiyini deyib. Fəqan Əhmədov qeyd edib ki, arvadını qəsdən öldürməyib:“Hadisə silahla ehtiyatsız davranmağım nəticəsində baş verdi”.
Qeyd edək ki, Fəqan Əhmədov mayın 30-u gecə saatlarında Sabunçu rayonu, Ləhiç massivində yerləşən bağ evində ov tüfəngi ilə arvadı Pərvanə Əhmədovanı sinəsindən güllələyərk öldürüb. O, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilir.