Fəqan Əhmədov həbs edildi

Fəqan Əhmədov həbs edildi

“İNFONEWS” xəbər verir.

Bakıda arvadını güllələyərək öldürən Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədovla bağlı məhkəmə qərar verib.

İstintaq orqanı Binəqədi rayon məhkəməsinə təqdimat verərək F.Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsini istəyib.

Məhkəmə təqdimatı təmin edərək Fəqan Əhmədovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Fəqan Əhmədov mayın 30-u gecə saatlarında Sabunçu rayonu, Ləhiç massivində yerləşən bağ evində ov tüfəngi ilə arvadı Pərvanə Əhmədovanı sinəsindən güllələyərk öldürüb.

F.Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) təqsirləndirilir.

Murad Əhməd

***

Baş Prokurorluğun Mətbuat xidməti də Fəqan Əhmədov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İlkin istintaqla zərərçəkmişin əri Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində iş üzrə zəruri və intensiv istintaq hərəkətləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir