Yaponiyada intihar artdı: Tənhalıq Məsələləri naziri vəzifəsi yaradıldı “İNFONEWS” xəbər verir. Yaponiyada Tənhalıq Məsələləri naziri vəzifəsi yaradılıb.…
"İNFONEWS" İnformasiya Agentliyi
Cazibədar model makiyajsız üzü ilə pərəstişkarlarını qorxutdu
Cazibədar model makiyajsız üzü ilə pərəstişkarlarını qorxutdu “İNFONEWS” xəbər verir. Populyar bloqer və model özünün “TikTok”…
Avropada daha bir koronavirus vaksininin ekspertizası başlayıb
Avropa Dərman Preparatları Agentliyi Almaniyanın “Curevac” şirkətinin hazırladığı koronavirus vaksininin ekspertizasına başlayıb. INFONEWS-un məlumatına görə, qərar…
Vahid miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edildi
Vahid miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edildi “İNFONEWS” xəbər verir. Dövlət Miqrasiya Xidməti (DMX) Birləşmiş…
Kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 3-cü iclası keçirilib
Kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 3-cü iclası keçirilib “İNFONEWS” xəbər verir. Kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya…
Azərbaycanlı nazir qızının Fransa həyatı
Azərbaycanlı nazir qızının Fransa həyatı “İNFONEWS” xəbər verir. Milli Televiziya Günündə AzTV-də yeni layihə təqdimatı olacaq. …
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün seminar təşkil olunub
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün seminar təşkil olunub “İNFONEWS” xəbər verir. Heydər…
Ukrayna parlamenti Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi
Ukrayna parlamenti Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Ukrayna dövləti, xüsusilə bu ölkənin parlamenti 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi.
Bu fikri Ukrayna Ali Radasının sədrinin birinci müavini Ruslan Stefançukla görüşündə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova söyləyib.
Göstərdikləri ədalətli dəstəyə görə Ukrayna parlamentinin rəhbərliyinə təşəkkürünü bildirən Elmira Axundova qeyd edib ki, Ruslan Stefançuk müharibənin ilk günündə beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq Azərbaycanın haqlı işini müdafiə edən bəyanat verib. Bu bəyanat Azərbaycanda rəğbətlə qarşılanıb.
Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun həmsədrləri Valeri Kolyux, Vladimir Kreydenko, qrupun üzvləri, həmçinin AŞPA-nın ukraynalı vitse-prezidenti Aleksandr Merejko 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldular, ölkəmizin haqq, ədalət mübarizəsini müdafiə etdilər.
– deyə səfir bildirib.
Səfir, həmçinin qeyd edib ki, artıq bir neçə ölkə Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası və yenidən qurulması işində iştirak niyyətlərini açıqlayıb.
“Ümid edirik ki, Ukrayna dövləti də bu işdə yaxından iştirak edəcək”, – deyə səfir vurğulayıb.
Azərbaycanın Ukraynanın strateji tərəfdaşı olduğunu xatırladan Ruslan Stefançuk öz növbəsində bildirib ki, iki ölkənin parlamentləri arasında da sıx, səmimi və dostluq münasibətləri mövcuddur. Bu münasibətlər getdikcə daha da inkişaf etdirilməlidir. Bu il ərzində qarşılıqlı səfərlərin həyata keçirilməsi olduqca önəmlidir. Ukrayna Prezidenti Vladimir Zelenskinin Ali Radada qanunvericilik məsələləri üzrə xüsusi nümayəndəsi olduğunu xatırladan Ruslan Stefançuk görüşdə səsləndirilən təklifləri Prezident Ofisinə təqdim edəcəyini söyləyib.
Dəniz quldurlarının girov götürdüyü 15 türk dənizçi xilas edildi
Dəniz quldurlarının girov götürdüyü 15 türk dənizçi xilas edildi “İNFONEWS” “Trend” -ə istinadən xəbər verir. Nigeriya…