Bitki yağını kərə yağı adı altında satan mağaza cərimələnib
Gəncədə bitki yağını kərə yağı adı altında satan mağaza cərimələnib.
Bu barədə “İNFONEWS”-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Təbriz küçəsi 182 ünvanında yerləşən fiziki şəxs Musayev Azad Cahangir oğluna məxsus “Milli” ərzaq mallarının satışı mağazasında yoxlama keçirilib.
Yoxlama zamanı marketdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar norma və qaydaların tələblərinin pozulduğu aşkar edilib.
Belə ki, mağazada “Kрестъянское” nişanlı bitki tərkibli spred yağın kərə yağı adı altında satışının həyata keçirildiyi, heyvanmənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmədən satışının aparıldığı, mal qonşuluğu prinsipinin pozulduğu, qənnadı məmulatlarının üzərində etiket məmulatlarının qeyd olunmadığı məlum olub.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.