Mövcud vaksinlər bütün ştammlara qarşı effektivdir
Hazırda istifadə olunan vaksinlər COVID-19-un bütün ştammlarına qarşı bu və ya digər dərəcədə qoruyucudur.
“İNFONEWS” xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.
O bildirib ki, bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatı da bu yöndə açıqlama yayıb.
“Vaksinlər yoluxmadan 100 faiz qorumur, lakin ağır xəstəlik və ölüm hallarından yüksək faizdə qoruyur. “Omikron”a qarşı da müdafiə üçün immun sistemimizi oyaq tutmalı, qüvvətləndirici dozanı qəbul etməliyik” – mütəxəssis bildirib.