Dövlət məktəblərində pullu imtahan keçirilə bilərmi?

Dövlət məktəblərində pullu imtahan keçirilə bilərmi?

Təhsil Nazirliyi ümumtəhsil məktəblərin pullu imtahanların keçirilməsinə icazə olub olmadığına aydınlıq gətirib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri tərəfindən ödənişli formada hər hansı bir qiymətləndirmə təşkil oluna bilməz.

“Təhsilalanlar yalnız digər aidiyyəti qurumların (hazırlıq kursları, mərkəzləri və s.) ödənişli əsaslarla təşkil etdiyi qiymətləndirmələrdə könüllü şəkildə iştirak edə bilərlər” – deyə, məlumatda qeyd olunub.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir