Azərbaycan şahmatçısı “Praqa Open-2022” turnirinin qalibi olub

Azərbaycan şahmatçısı “Praqa Open-2022” turnirinin qalibi olub

Azərbaycan şahmatçısı Çexiyada keçirilən “Praqa Open-2022” turnirində uğurla çıxış edib.

Məlumata görə, təmsilçimiz Azər Mirzəyev 9 turda 7,5 xal toplayaraq yarışın qalibi olub. Onunla eyni xalı yığan polşalı Antoni Kozak ikinci pillədə qərarlaşıb. Çexiya təmsilçisi Yakub Vojta isə üçüncü yeri tutub.

Turnirdə 5-i qrosmeyster olmaqla, 185 şahmatçı iştirak edib.

İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olub.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir