Azərbaycanlı “Pantera” Tünzalə İmanlının kitabxanada GÖRÜŞÜ
4 martda “İNFONEWS” İnformasiya Agentliyinin dəstəyi, “Azərbaycan Gənclər Dərnəyi”nin təşkilatçılığı (Grandiose Nation Groups “GNG” MMC- nin təşəbbüsü ilə) ilə Firidun bəy Köçərli adına Respublika Uşaq Kİtabxansında beynəlxalq yarışların qalibi, çempion, MMA döyüşçü xanım Tünzalə İmanlıyla görüş keçirilib.
Tədbir Vətən Müharibəsi Şəhidlərinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Çıxışına Heydər Əliyevin gənclərə dediyi sözlərlə başlayan tədbirin moderatoru Ramin Məmmədzadə Ümummilli liderin siyasətinin uğurlu davamçısı, hər addımında gördüyü işlərlə gənclərə örnək olan Cənab Prezident İlham Əliyevin sayəsində bu gün ölkədə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində zəruri tədbirlər həyata keçirilməsi və “Bədən tərbiyəsi və idman haqqında” Dövlət Proqramının da məhz bu istiqamətdə çoxsaylı işlərdən olmasından bəhs edib. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bir gənc, tələbə, Vətənin övladı olaraq, öz əməlləri, bilik, bacarıq və təcrübələrilə ətrafında toplanan dostları, gəncləri xalqımıza, dövlətimizə layiqli işlər görülməsinə cəlb etmək, onları düzgün yönəltmək, onlarda vətənpərvərlik hisslərinin tərbiyə edilməsinə yardım göstərmək, eləcə də Azərbaycanın işğaldan azad edilmiş, erməni vandallarının dağıdıb, viraq qoyduğu bölgələrimizin dirçəlişi, Qarabağda normal həyatın bərpası üçün gücünüzü səfərbər etmək məqsədilə “Azərbaycan Gənclər Dərnəyi” İctimai Birliyinin təsis edilməsi barədə məlumat verərək, öz sıralarında fəal tələbə-gəncləri görməyə dəvət eləyib.
Görüş peşəkar döyüşçü xanım Tünzalə İmanlının idman karyerasındakı maraqlı söhbətləri və ona verilən sualların cavablandırılması ilə davam edib. Azərbaycanı idman sahəsində uğurla təmsil edən xanım-döyüşçü çoxsaylı məşqlərindən, yarışlarından, ən sonuncu Günel Əmirbəyovayla olan döyüşündən ətraflı danışıb. Tünzalə İmanlı görüşdə iştirak edən “Kung-fu sanda” üzrə Respublika turnirinin qalibləri olan məktəbli idmançılara öz tövsiyələrini verib, uğurlar arzu edərək, xatirə fotoları çəkdirib.
“İNFONEWS” İnformasiya Agentliyi heyəti tərəfindən kitabxana rəhbərliyinə, başda Şəhla xanım Qənbərova olmaqla bütün kollektivə göstərdikləri dəstəyə görə təşəkkür, Azərbaycan bayrağını həmişə zirvələrdə dalğalandırması diləyi ilə Günel İmanlıya minətdarlıq bildirib. Kitabxananın direktoru, əməkdar mədəniyyət xadimi Şəhla Qənbərova “MEDİANIN DOSTU” və Tünzalə İmanlıya “PEŞƏKAR DÖYÜŞÇÜ” media mükafatı təqdim edilib.
Görüş maraqlı, yaddaqalan, pozitiv keçərək, xatirə fotolarının çəkilişi ilə sona yetib.