“Məqsədimiz sülh və sabitliyə nail olmaqdır” – Mövlud Çavuşoğlu

“Məqsədimiz sülh və sabitliyə nail olmaqdır”-Mövlud Çavuşoğlu

“İNFONEWS” xəbər verir.

Antalya Diplomatik Forumu çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında keçirilən görüş münaqişə başlayandan bəri bu formatda keçirilən ilk nazirlər toplantısıdır. Dövlət başçıları səviyyəsində bu formatda görüşün olmasını istəyirik. Nazir Dmitri Kuleba buna hazır olduqlarını, nazir Sergey Lavrov isə buna qarşı olmadıqlarını ifadə edib.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında bildirib.

Dəvəti qəbul edib Antalyada görüşdükləri üçün tərəflərə minnətdarlığını ifadə edən nazir Mövlud Çavuşoğlu bu yanaşmanı Türkiyəyə hörmət kimi dəyərləndirib.

Bölgə ölkələri başda olmaqla bütün tərəflərin bu vəziyyətdən zərər çəkdiyini xatırladan nazir Mövlud Çavuşoğlu deyib ki, görüş son dərəcə mədəni keçib və gərginlik yaşanmayıb. Məqsədimiz prosesi davam etdirərək sülh və sabitliyə nail olmaqdır.

Xatırladaq ki, rəsmi Ankaranın vasitəçiliyi nəticəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Antalya Diplomatik Forumu çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında görüş keçirilib.

Hər üç nazir görüşdən sonra mətbuat qarşısında çıxış edərək vəziyyətlə bağlı mövqelərini çatdırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir