Azərbaycanda son sutkada 270 nəfər COVID-19-a yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 564 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 790153 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 777960 nəfər müalicə olunaraq sağalıb, 9575 nəfər vəfat edib, aktiv xəstə sayı 2618 nəfərdir.
Ölkədə son sutka ərzində 6356, hazırkı dövrədək isə 6617758 test aparılıb.