Dolma, Vəssalam – Kim nə deyə bilər ki bundan sonra…
“İNFONEWS” təqdim edir.
Çox, lap çox sevinirik. Yeni kitabımız iki dildə çapdan çıxdı.
Bu kitabda hansısa yeməyin mənsubiyyətini göstərən, dünyada tam yeni olan, tərəfimizdən yaradılmış metodika verilib.
Bunu Əməkdar mədəniyyət işçisi, Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti, Azərbaycan mətbəxinin inkişafında, Milli və Türk mətbəxinin toplanıb, qorunmasında, qədim Türk xörəklərinın bərpası və dünyada təbliğatında, elmi-praktik tətbiqində müstəsna xidmətlərə malik ilk azərbaycanlı mütəxəsis, ən önəmlisi isə, Vətənini, xalqını sonsuz sevib, hər vasitə ilə əlindən gələni əsirgəməyən nəcib ziyalımız Tahir Əmiraslanov yeni, iki dildə nəşrdən çıxmış “DOLMA” (DOLMA: All dots above the “I” və ДОЛМА: Все точки над “И”) kitabı barədə söyləyib.
Müəllif kitabda bədxah qonşularımızın illərlə müzakirə mövzusuna çevirdiyi, bir çox Milli dəyərlərimiz kimi, Dolmanın da öz adlarına çıxmasına qarşı tutarlı sübut və faktlarla 9 elmi istiqamətdən “dolmanın” kimə məxsus olmasının kompleks şəkildə isbatlanmasını qeyd edib.
Bir sözlə, bu kitabdakı təhlillərə bütün dünya erməni alim, mütəxəssisləri birlikdə yığışsalar belə, cavab verə bilməyəcəklər.
Kitabın ən əsas özəlliyi də buradakı istinadların əksəriyyətinin erməni alim və mütəxəssislərinə aid olmasıdır.
“Mətbəximizin qorunmasında və inkişafında bu kitab xüsusi əhəmiyyətə malikdir. Milli mətbəximizin pasportlaşdırılması zamanı bu istiqamətlərə hər xörək üçün mikrobioloji, qida fizikası, kimyəvi və fizioloji istiqamətlərin də əlavə edilməsini vacib hesab edirik” -deyə, Tahir müəllim əlavə edib.
Qeyd edək ki, kitabda istifadə edilən 134 mənbənin hamısı müəllifin şəxsi kitabxanasındandır.
Kitab hər dildə: rus və ingilis dillərdə 87 səhifədən ibarətdir (bunlardan 7 səh. şəkildir).