Koronavirusdan qorunmağın yeganə yolu peyvənd vurdurmaqdır- MÜSAHİBƏ
Həkimlərə həmişə ehtiyacımız var. Hər gün müraciət etməsək də, vaxtaşırı onlara işimiz düşür. Bu gün – dünyada koronavirus pandemiyasının yayıldığı bir dövrdə isə onlara xüsusi ehtiyacımız yaranıb.
Özümüz olmasaq da, yaxınlarımızın bu gün həkimlərə daha çox ehtiyacının olduğunu duyuruq.
İNFONEWS koronavirusla mübarizə aparan tibbi personalın müsahibəsini təqdim edir:
Hər gün COVID-19-dan müalicə alan xəstələrlə təmasdasınız. Hər gün həyatınız risk altındadır. Sizi tanımaq olarmı?
Salam, vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm. Mən Paşayeva Aytac.
Nə gədər müddətdir ki bu mübarizə də iştirak edirsiniz ?
Demək olar ki 2 ildir Covid-19 mübarizəsində iştirak edirəm və bu mübarizənin bir parçası olduğum üçün çox qürurluyam.
Pandemiya dövründə əsas çətinlikləriniz nələr oldu ?
Pademiya dövründə bizə çətinlik törədən xüsusi geyimlərimiz olurdu çünki, səkkiz saat dəbilqədə və qoruyucu eynəklərdə qalmaq çox çətindir.
Gün ərzində neçə saat işləyirsiz?
Gün ərzində səkkiz saat işləyirik, amma elə günlər olur ki bir neçə saat artıqda işləyirik.
Xəstələr yəqin ki, həm qorxu, həm də stress içindədirlər. Onların bəziləri psixoloji olaraq gərgin olduqlarını müxtəlif sosial şəbəkələrdən bəyan edirlər. Onlarla necə dil tapırsınız?
Düzdü xəstələr gərgin olurlar ancaq ki, biz onlara ailələri kimi yanaşırıq və ilk növbədə onların güvənini qazanmağa çalışırıq. Ona görə də, mənim işlədiyim xəstəxanalarda xəstələrin psixoloji vəziyyətləri pis olmur.
Hazırda yoluxan xəstələrin arasında uşaqlar çoxdur?
Hal hazırda xeyr. Daha çox yaşlı və orta yaşlı nəsil təşkil edir.
Xəstələrin hazırki vəziyyəti necədir?
Ölkə rəhbərliyi tərəfindən qabaqlayıcı tədbirlər görüldüyünə görə hal-hazırda covid-19 virusunda bir xeyli azalma müşahidə edilir.
Covid-19 keçirmiş xəstələrin peyvənd olunması zəruridirmi?
Xəstəliyin müddətindən aslı olaraq bəli. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyəsinə əsasən, vaksinasiya məcburidir və öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, vaksinasiya Covid-19 virusundan qoruyur.
Xəstəlikdən qorunmaq üçün vətəndaşlara tövsiyyəniz nədir?
Mütləq qaydada vaksin olunmaq və şəxsi gigiyena qaydalarına uymaq lazımdır.
Fariz Faiqoğlu