Niderlandda Xocalı soyqırımına dair sayt – “Stichting TogetherStrong”un növbəti layihəsi
Niderland Karllığında fəaliyyət göstərən “Strichting TogetherStrong” Assosiasiyası yarandığı gündən Azərbaycan barədə, Qarabağ həqiqətləri, xalqımızın başına gətirilən faciələr haqqında geniş təbliğat işi aparıb, erməni saxtakarlığını, irticaçılığını dünya ictimaiyyətinə faktlara dayanan təhlillərlə təqdim edib.
Bunu “İNFONEWS”–a Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi və “Strichting TogetherStrong” Assosiasiyanın təsisçisi İlkanə Qoca məlumat verib.
İlkanə Qoca Xocalı soyqırımının XX əsrin ən qorxunc, dəhşətli hadisələrindən biri kimi tanınması, amansızlığı ilə dünya tarixində yer ala bilməsi, erməni saxtakarlığı və millətçi-şovinizminin iç üzünün açılması üçün Assosiasiya tərəfindən geniş tədbirlər planı hazırlanıb, nəzərdə tutulan işlər davamlı və planlı həyata keçirilməsini vurğulayıb.
“Qeyd edim ki, “Xocalı faciəsi” ilə bağlı bir neçə istiqamətdə böyük bir layihə hazırladıq. Niderland Parlamentinin İkinci Palatasının Xarici İşlər şöbəsilə əlaqələr qurduq. Yerli mütəxəssislərdən məsləhətlər aldıq. “Stichting TogetherStrong” tərəfindən rəsmi məktub hazırlandı ki, layihə çərçivəsində bu məktubları burada yaşayan bütün icma üzvləri, soydaşlarımız, Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa Ölkələri üzrə Koordinasiya Şurasının üzvləri adından Niderland Krallığının İkinci Palatasının Xarici Işlər üzrə Komissiyasına göndərdik.
İkinci Palatanın gərgin iş gündəliyi olduğu üçün onlar müraciətlərə vaxtında cavab verə bilmirlər. Bu halda işin növbəti mərhələsinə keçdik: yazışmalar, görüşlər, Palata üzvləri ilə əlaqələr qurmağa başladıq.
“Stichting TogtherStrong”in diğər istiqamətlərindən biri də yazıçı, publisist Iradə Əlilinin “Xocalı: Şahidləri danışır” kitabının Niderland dilinə tərcümə etməsı oldu. Məqsədimiz bu kitabı da layihənin bir hissəsi olaraq göruşdüyümüz deputatlara və Kralliğın nüfuzlu iş adam və rəsmilərinə təqdim etmək idi.
Kitabın birinci nəşri ictimaiyyətin diqqətinə səbəb oldu və insanlar – Niderland icmasında və burada böyüyüb-başaçatan azərbaycanəsilli gənclərdə böyük maraq oyatdı. Onların həm özlərinin oxuması, həm də ətraflarındakı dostları ilə bölüşməsi istəyilə böyük məmnuniyyətlə kitablar alındı.
Belə ki, bizdə artıq nüsxələr bitib və ümid edirik ki, kitabin yenidən nəşr edilməsi üçün maliyyə əldə edilməsinə nail olacağıq.
Qeyd edək ki, kitabın tərcümə olunması bir pilot layihə idi ki, Xocalı faciəsinə həsr edilən Niderland dilində ilk tərcümə kitabıdır. Biz kitabin elektron nüsxəsini Niderlandda olan onlayn kitabxanaların e-bazalarıa yerləşdirməyi düşünürük. Bildiyiniz kimi, kitabın elektron nüsxəsi üçün İSBN-ni yenidən alinmalıdır və bu da öz növbəsində maliyyə tələb edir.
Böyük qürur hissi ilə deyim ki, 2021-ci ildən “XOCALIYA ƏDALƏT!” şüarı altında yeni sayt ərsəyə gəldi. Bu Niderland dilində olan və Xocalı həqiqqətlərini əks etdirən ilk saytdır. https://justiceforkhojaly.nl
Saytda Xocalı soyqırımı ilə bağlı ən aktual məlumat və materiallar Assosiasiya tərəfindən müxtəlif dillərdən Niderland dilinə tərcümə edilərək, saytda işıqlandırılacdır.
Eləcə də, hazırda Xocalı şahidlərinin, həmin gecəni xatırlayan insanların müsahibəsi tərcümə edilir ki, hər həftə məqalə kimi sayta yerləşdirilməsi nəzərdə tutulub.
Bizə dəstək verilsə, daha çox sayda tarixi və hüqüqi sənədləri tərcümə edib, sayt vasitəsi ilə dünya ictimaiyyətinə təqdim edə bilərik. “Stichting TogetherStrong” Assosiasiyası qarşıya qoyduğu məqsəd və vəzifələrini yalnız könüllülük prinsipi üzərindən, ictimai əsaslarla həyata keçirib. Yəni təşkilatın fəaliyyətinə heç bir yerdən maddi dəstək alınmayıb” – deyə, İlkanə Qoca geniş məlumat verib.