Əfqanıstanda baş verən partlayışlarda 9 nəfər ölüb

Əfqanıstanın şimalındakı Bəlx əyalətində iki partlayış nəticəsində azı 9 nəfər ölüb, 13 nəfər yaralanıb.

İNFONEWS xəbər verir ki, bu barədə “Tolo News” telekanalı yerli təhlükəsizlik xidmətinin nümayəndələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, partlayışlar əyalətin inzibati mərkəzi olan Məzari-Şərif şəhərinin iki rayonunda baş verib.

Belə ki, avtomobillərə yerləşdirilmiş iki partlayıcı qurğu işə düşüb.

Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir