Xarici İşlər Naziri Qambiyaya işgüzar səfərə yola düşüb
Mayın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb.
“İNFONEWS” – un Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən əldə etdiyi məlumatında bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun mayın 4-5-də Bancul şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirakı və çıxışı, habelə bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.