Su hövzələrindən 375 ədəd sintetik tor götürülüb – “Təmiz hövzələr”

Su hövzələrindən 375 ədəd sintetik tor götürülüb – “Təmiz hövzələr”

Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə “Təmiz hövzələr” aksiyası davam edir.

“İNFONEWS” – un Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən əldə etdiyi məlumatına görə, qurumun əməkdaşları tərəfindən bu ilin aprelində Xəzər dənizindən, Kür və Araz çaylarından, Yenikənd, Şəmkir və Mingəçevir su anbarlarından ümumilikdə 21 min 810 metr uzunluğunda 375 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir