“Sinyor Robinzon”nun aborigen rəfiqəsi Cümə 45 il sonra
“Sinyor Robinzon” filmində gözəlliyi ilə qəlbləri fəth edən aborigen rolunu oynayan Zeudi Araya filmin nümayişindən 45 il sonra necə görünür?
“İNFONEWS” təqdim edir.
Zeudi Arayanın karyerası İtalyan televiziyasında qəhvə reklamı ilə başlayıb. 22 yaşlı eritreyalı – italyan aktrisanın cəlbedici görünüşü rejissorlar tərəfindən diqqətdən kənarda qalmayıb. Sıra zaman kəsiyində ekzotik gözəl xanım bir sıra filmlərə dəvət almağa başlayır. Ən böyük uğuru isə məşhur komediya aktyoru Paolo Vilacio ilə çəkildiyi “Senyor Robinzon” filmi gətirdi. Baş qəhrəman Robinin qəza zamanı düşdüyü tropik adada yeganə insanla rastlaşıb, Cümə adlandırdığı qaradərili aborigen qızla komik macəralarını əks etdirən bu film əslində aktrisanın karyerasında altıncı film olur.
Əldə edilən məlumatlara görə, ekzotik gözəllikləri nümayiş etdirən 1976-cı ildə çəkilən bu komediya filmi Sovet İttifaqı kinoteatrlarda ən çox nümayiş edilən filmlər siyahısında olub. Hərçənd bəzi səhnələr sovet vətəndaşlarına qadağan olduğu üçün kəsilib. Populyarlığı ilə vüsət alan filmin xanım qəhrəmanın həyatı və bu günü həmişə maraq doğurub.
Efiopiyalı Zeudi Araya ziyalı bir ailədə anadan olub. Atası həmin vilayətin qubernatoru, əmisi isə dövlət strukturunda çalışıb. Qızının gələcəyini öncədən hiss edən atası ona “Kraliçanın tacı” mənasını daşıyan ad verib. Hələ gənclik illərində asanlıqla “Miss Efiopiya” müsabiqəsinin qalibi olur və atasının izni ilə İtaliyaya, Apennində səfir olan əmisinin yanına gedir. Orada Zeudi dil problemi yaşamır, çünki öz vətənində italyan məktəbini bitirir və italyan dilində rəvan danışır.
Şəxsi və işgüzar – yaradıcı həyatını xoşbəxt yaşayan Zeudinın hazırda 70 yaşı olmasına baxmayaraq, prodüsser kimi çalışır.