Moskva şəhərində kütləvi peyvəndlənmə başladı

Moskva şəhərində bu gündən etibarən koronavirusa qarşı kütləvi peyvəndlənmə başlayır.

İnfonews” xəbər verir ki, proqramın başlaması haqda elan paytaxt meri Sergey Sobyaninin rəsmi saytında verilib.

İlkin mərhələdə peyvəndlənmə təsir qrupuna aid şəxslər üzərində aparılacaq. Bura çox sayda insanla təmasda olan vətəndaşlar: müəllimlər, şəhər xidmətlərinin işçiləri, tibb müəssisələrinin işçiləri aiddir.

Peyvəndlənmə ödənişsiz həyata keçirilir. Moskva sakinləri şəhərdə 70 məntəqədən birində pulsuz peyvənd üçün qeydiyyatdan keçə bilərlər. Peyvəndlənmə məntəqələrinin saat 8: 00-dan 20:00-dək açıq olacağı bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir