Dövlət Departamenti: “Cənubi Qafqazda sülhün təşviqi ABŞ administrasiyası üçün prioritet olaraq qalır”
“Cənubi Qafqazda sülhün təşviqi təkcə ABŞ administrasiyası üçün deyil, xüsusən də dövlət katibi Entoni Blinken üçün davamlı prioritet olaraq qalır. Bunu Blinkenin Ermənistan və Azərbaycan liderləri ilə birbaşa qarşılıqlı əlaqəsi sübut edir”.
İNFONEWS xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə deyib.
Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları sülhün inkişafı üçün bütün istiqamətlərdə əməkdaşlığa qətiyyətlə sadiqdir:
“Dediyim kimi, Cənubi Qafqazda sülhün təşviqi bizim üçün daimi prioritet olaraq qalır”.