İsrail qüvvələri Cenin şəhərinə basqın edib

İsrail qüvvələri Cenin şəhərinə basqın edib

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə basqın edib.

İNFONEWS” xəbər verir ki, İsrail qüvvələri Ceninin müxtəlif girişlərindən şəhərə daxil olub. İsrail qüvvələri ilə fələstinlilər arasında baş verən qarşıdurmaya İsrail əsgərləri real və rezin güllələrlə müdaxilə edib.

Şahidlər həmçinin bildiriblər ki, bir fələstinlinin evini mühasirəyə alan İsrail qüvvələri ilə bir qrup fələstinli arasında silahlı qarşıdurma olub.

Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir