Rusiya Müdafiə Nazirliyinin təyyarəsi qəzaya uğrayıb, pilot ölüb
Rusiyanın Belqorod vilayətinin Valuy şəhər dairəsində Müdafiə Nazirliyinin “Su-25” təyyarəsinin qəzaya uğraması nəticəsində pilot ölüb.
“İNFONEWS” xəbər verir ki, məlumatı “Mash” yayıb.
Bildirilib ki, pilot katapult edərkən yaralanıb və aldığı xəsarətdən ölüb.
İlkin məlumata əsasən, qırıcı texniki cəhətdən nasaz olduğu üçün idaretməni itirib.
Hadisə ilə bağlı araşdırma davam edir.