NİYƏ MƏHZ XOCALI?! -“Faktlara dayanan TARİXİMİZ”
“İNFONEWS” -un “Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, beynəlxalq tarixçi-ekspert tarix üzrə fəlsəfə doktoru Cəmilə Vaqif qızı HƏSƏNOVA təqdim edir:
NİYƏ MƏHZ XOCALI?!
Bu suala cavab tapmaq heç də çətin deyil. Nəzərə alsaq ki, Azərbaycanın hər diyarı gözəldir, hər diyarı cənnətdir bunu başa düşmək olar. Xocalı şəhərinə gəlincə, qeyd etmək lazımdır ki, bu şəhər qədimdən insanlar tərəfindən məskunlaşmış, qədim dövlətlərlə əlaqələri olmuş, zəngin arxeoloji tapıntılara malik olan diyarlarda biridir.
Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da quru yolu əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq helikopter əlaqəsi qalmışdı. Xocalıya sonuncu helikopter 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki helikopterin vurulması və nəticədə 41 nəfərin faciəli surətdə həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilmirdi.
1992-ci il yanvarın 2-də Ayaz Mütəllibov Azərbaycan Respublikası Prezidentinin vəzifəsini icra etməyə davam etdi. Rəsmi olaraq yeni yaradılmış Ermənistan Respublikası Dağlıq Qarabağda separatçılara açıq olaraq hər hansı bir silah, yanacaq, ərzaq və ya digər maddi-texniki təmin olunmasını təkzib edirdi. Lakin Ter-Petrosyan sonra separatçılarının maaşlarının ödənilməsi və maddi-texniki təchizat ilə təmin edilməsini etiraf etsə də, müharibəyə öz hərbçilirinin göndərilməsini təkzib edirdi. Ermənistanı artıq Azərbaycan Respublikasının blokadası, həmçinin Azərbaycanın qonşusu olan Türkiyənin təzyiqi altında idi. Fevralın əvvəli Azərbaycan kəndləri olan Malıbəyli, Qaradağlı və Ağdaban ermənilər tərəfindən işğal edildi və oranın əhalisi evlərindən qovuldu. Nəticədə ən azı 140 nəfər yaralanmış və 99 nəfər həlak olmuşdu.
Ermənistanın Qarabağla əlaqəsi yalnız Laçın dəhlizi vasitəsilə ora daxil olan helikopterlər vasitəsilə idi. Bölgənin tək hava limanı paytaxt Xankəndindən yeddi km məsafədə yerləşən, əhalisi təxminən 6.000-10.000 nəfər olan Xocalı şəhəri idi. Bundan əlavə Xocalı Qrad raketlərinin artilleriya bazası kimi xidmət edirdi: Xankəndidə ermənilərin yaşadığı çoxmərtəbəli binalara 400 Qrad raketləri atılmışdı. Fevralın sonunda erməni qüvvələri qarşıdakı hücum barədə xəbərdarlıq etdi və Azərbaycana Xocalıda atəşin dayandırması üçün ultimatum verdi.
Fevralın sonunda Xocalı əsasən izolyasiya olunmuşdu. Fevralın 26-da erməni qüvvələri 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalıya hücum etdi. Azərbaycan tərəfinin və Human Rights Watch, Moskvada insan hüquqları təşkilatı Memorial və erməni komandiri Monte Melkonyanın bioqrafiyasında olan mənbələrinin məlumatları əsasında, Qarabağ separatçıları Xocalını ələ keçirib, şəhərdən qaçan mülki əhalini öldürməkdə ittiham edilirdi. İlkin olaraq erməni qüvvələri şəhərə hücum etmək və şəhər əhalisini çıxışı üçün quru dəhlizi ayıracığını qeyd etmişdi. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə erməni mühasirəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqda azərbaycanlılar məskunlaşan Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Hava limanının enmə zolağı qəsdən məhv edilib yararsız günə qalmışdı. Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna yaxın ərazidə gülləyə tutulmuşdur və nəticədə çoxlu sayda insan həlak olmuşdur. Beynəlxalq qrupların vətəndaşların qəsdən qırğını ittihamlar üzləşən Ermənistan hökuməti rəsmiləri soyqırımı təkzib edib, hücumu Xocalıdan gələn artilleriya atəşinin susdurulması ilə əsaslandırmışdı.