Tarixdən hekayələr – İlk qaradərili tələbə Corc MakLorin

Tarixdən hekayələr – İlk qaradərili tələbə Corc MakLorin

İlk qaradərili tələbə Corc MakLorin hesab edilir. O, 1948 -ci ildə Oklahoma Universitetinə daxil olubsa da, bu, Corcun ağdərili qrup yoldaşları tərəfindən heç də rahat qarşılanmayıb.

“İNFONEWS” təqdim edir.

Corc öz xatirələrində universitetdə bir küncdə oturmaq məcburiyyətində qaldığını qeyd edirdi, baxmayaraq ki, onun adı bu gün də Şərəf lövhəsində ən yaxşı tələbə kimi qalmaqdadır.

Corc MakLorin bu barədə:

“Bəzi qrup yoldaşlarım mənə heyvana baxan kimi baxır, heç kim mənimlə danışmaq istəmirdi. Hətta müəllimlər mənə yoxam kimi davranır, verdiyim sualları belə cavablandırmırdılar.

Bütün bunlara rəğmən özümü təhsilə o qədər həsr etdim ki, mənim varlığımı saylayan, görməyənlər onlara yardım edim, bilmədiklərinin izahı verim və çətinlik çəkdikləri suallarına aydınlıq gətirim deyə məni axtarmağa başladılar.”

Bir sözlə, insanların səni qəbul etməsinə məcbur etmək vaxt itkisidir. Bunun əvəzində öz bilik, bacarıq, “dəyərinizi artırmaqla məşğul olun. O zaman insanlar özləri ayağınıza gələcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir